“Formula-1 idman turizminin inkişafına təkan verir”

“Formula-1 idman turizminin inkişafına təkan verir”

“Formula-1-in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır”.

Allsport.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov Bakı şəhər halqası əməliyyat şirkətinin mətbuat xidmətinə açıqlamasında bildirib.

O, bu il keçiriləcək Azərbaycan qran prisi haqqında fikirlərini bölüşüb:

“Yubiley qran prisi Bakının dünya idman paytaxtı olduğu xüsusi bir ildə keçirilir. Azərbaycan qran prisi 2026-cı ilin əsas idman tədbirlərindən biri olmaqla, paytaxtımızın beynəlxalq idman mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək. Formula-1-in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır. Qran pri idman turizminin inkişafına təkan verir, yerli biznes üçün əlavə imkanlar yaradır və milyonlarla azarkeşin diqqətini Azərbaycana yönəldir”.

F.Qayıbovun sözlərinə görə, bu yarış 2026-cı ilin ən yaddaqalan idman hadisələrindən biri olacaq:

“Qran pri Bakının beynəlxalq nüfuzunun daha da güclənməsinə, Azərbaycanın zəngin mədəniyyətinin və idman imkanlarının dünya miqyasında tanıdılmasına töhfə verəcək”.

Xatırladaq ki, Azərbaycan qran prisi sentyabrın 24-26-da keçiriləcək.

Həmin kateqoriyadan