- Baxış sayı: 19
- 02 Noyabr 2026 10:00
- Baxış sayı: 259
- Oktyabr 25, 2026
- 0

“Maklaren”in pilotu Lando Norris Formula-1 üzrə Belçika Qran prisində starta 10 yer geridən başlayacaq.
Allsport.az xəbər verir ki, buna bolidə yeni “Mercedes” elektron idarəetmə blokunun quraşdırılması səbəb olub.
Komanda bu dəyişikliyi Spa-Frankorşam trasında etməyi məqsədəuyğun hesab edib. Çünki bu trasda ötmələr daha asandır və cərimənin təsiri az olur.
“Maklaren” yeni blokdan mövsümün sonuna qədər istifadə etməyi planlaşdırır.