- Baxış sayı: 11
- 27 İyul 2026 23:20
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

“Maklaren”in pilotu Lando Norris Formula-1-in hazırkı vəziyyətini yüksək qiymətləndirib.
Allsport.az xəbər verir ki, britaniyalı pilot yeni texniki reqlamentin müəyyən çətinliklər yaratmasına baxmayaraq, yarışların daha maraqlı keçdiyini bildirib:
“Yeni texniki reqlament əvvəlkilərdən fərqlənir. Amma indi yarışların daha gərgin keçdiyini, ötmələrin və trasda mübarizənin artdığını görürük.
Vacib məsələ düzgün balansı tapmaqdır ki, pilotlar və komandalar yarışın gedişinə təsir göstərə bilsin və azarkeşlərə baxımlı mübarizə təqdim olunsun. Bu istiqamətdə işlər davam edir.
Formula-1 hazırda tarixinin ən yaxşı dövrünü yaşayır. Bunu həm azarkeşlər, həm pilotlar, həm də komandalar hiss edir. Formula-1 həmişə möhtəşəm yarış seriyası olub və bu idman növü ilə bağlı hər kəs, o cümlədən mən, onun daha da inkişaf etməsi üçün çalışır”.