“Maklaren”də qalacaq

“Maklaren”də qalacaq

“Maklaren”in pilotu Oskar Piastri gələcəyi ilə bağlı yayılan transfer şayiələrinə münasibət bildirib.

Allsport.az xəbər verir ki, avstraliyalı sürücü 2027-ci ildə də “Maklaren”də çıxış edəcəyini təsdiqləyib:

“Bu mövzunun müzakirə olunduğunu belə bilmirdim. Şayiələri görmüşəm və eşitmişəm. Amma hazırkı vəziyyətimdən tam razıyam. Zak Braun və Andrea Stella mənə daim dəstək olub və mənə güvəndiklərini açıq şəkildə bildiriblər”.

O, həmçinin Maks Ferstappenin başqa variantları dəyərləndirməsinin normal olduğunu qeyd edib:

“Keçən il də onu “Mercedes”lə əlaqələndirirdilər. Bu, yeni hal deyil. Mən isə olduğum yerdən və komandanın inkişaf istiqamətindən razıyam. Komandama güvənirəm və mənim üçün əsas olan da budur”.

Həmin kateqoriyadan