“Orta səviyyədən bir az yuxarı…”

“Orta səviyyədən bir az yuxarı…”

“Ferrari”nin pilotu Lüis Həmilton cari mövsümün ilk yarısındakı çıxışını dəyərləndirib.

Allsport.az xəbər verir ki, o, bu il komandanın heyətində ilk qələbəsini Barselona mərhələsində qazanıb.

Hazırda o, ümumi sıralamada ikinci pillədə qərarlaşıb və lider Andrea Kimi Antonellidən 50 xal geri qalır. Britaniyalı sürücü nəticələrindən tam razı qalmadığını bildirib:

“Mövsümə indiki halda orta səviyyədən bir az yuxarı qiymət verərdim. Ümumilikdə böyük mənzərə barədə düşünmürəm. Addım-addım irəliləməyə, hər yarışı ayrıca keçirməyə çalışıram. Hər konkret uik-enddə maksimumu necə əldə edə biləcəyimi anlamağa çalışıram. Ona görə də irəliyə baxmıram və 10 yarışdan sonra nə olacağını düşünmürəm”.

Həmin kateqoriyadan