- Baxış sayı: 67
- 16 İyul 2026 22:42
- Baxış sayı: 135
- İyul 22, 2026
- 0

“Ferrari”nin pilotu Lyuis Həmilton Formula-1 üzrə Macarıstan qran prisi öncəsi “Mercedes”in gənc sürücüsü Andrea Kimi Antonelli haqqında danışıb.
Allsport.az xəbər verir ki, 7-qat dünya çempionu mövsümün lideri olan Antonellinin çempionluq uğrunda mübarizədə təzyiq altında çətinlik çəkəcəyini düşünmədiyini bildirib:
“Belə düşünməyim üçün heç bir əsas görmürəm. O, gəncdir, amma əla nəticələr göstərir və möhtəşəm iş görür. Çox sabit çıxış edir və səhvlərə yol vermir. Bunun belə davam etməyəcəyini düşünmək üçün heç bir səbəb yoxdur”.
Formula-1 üzrə Macarıstan qran prisi bu həftəsonu keçiriləcək.