- Baxış sayı: 52
- 17 Avqust 2026 17:58

- Baxış sayı: 73
- Avqust 20, 2026
- 0


“Uilyams” ispaniyalı pilotu Karlos Saynsla yeni müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, tərəflər arasında yeni anlaşmanın müddəti açıqlanmayıb.
Sayns açıqlamasında “Uilyams”da yoluna davam etdiyi üçün xoşbəxt olduğunu deyib:
“Bu komandanın həm bazadakı, həm də trasdakı insanlarına, eləcə də görülən işlərə və yatırımlara həqiqətən inanıram. Birlikdə vəziyyəti dəyişmək üçün hər şeyimiz var. İlk gündə olduğu kimi, bu komandaya sadiqəm və “Uilyams”ı layiq olduğu yerə qaytarmağa kömək etmək istəyirəm. Komanda ilə birlikdə yeni xatirələr yaratmağı səbirsizliklə gözləyirəm”.
“Uilyams” daha əvvəl Saynsın komanda yoldaşı Aleks Albonla da müqavilə imzalayıb.