- Baxış sayı: 54
- 23 Oktyabr 2026 20:11
- Baxış sayı: 559
- Oktyabr 21, 2026
- 0

“Dəniz küləyi” sahil bölgəsində İBA peşəkar döyüş gecəsinin ilk döyüşü 70 kq-da azərbaycanlı Sərxan Əliyev ilə qazaxıstanlı Nurdaş Acbənov arasında oldu. Allsport.az saytı xəbər verir ki, üstün boks nümayiş etdirən həmyerlimiz hakimlərin qərarı ilə qalib elan edildi. Döyüşdən dərhal sonra idmançımız KİV-ə açıqlama verdi:
“Peşəkar döyüş gecəsi ölkəmizdə keçirildiyindən, məsuliyyət ikiqat idi. Bu üzdən çalışırdım ki, həmyerlilərimi sevindirim. Rəqib güclü boksçudur, xeyli müddətdir peşəkar döyüşür. Həvəskarla peşəkar boksun fərqi çoxdur. Buna rəğmən, çəkinmədim, demək 6 raundun hamısında üstün oldum. Yarışa yaxşı hazlrlaşmışdıq. Yerli tamaşaçı dəstəyi əlavə güc verdi. Daha 6 raund olsaydı, rahat döyüşərdim. İlk rinqə çıxan mən oldum. Qələbə ilə başladığımız üçün şadam”.