Daha iki rəqib müəyyənləşdi

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ”nin daha iki rəqibi müəyyənləşib. Allsport.az хəbər verir ki, Roman Qriqorçukun komandası Macarıstan və Türkmənistan klubları ilə qarşılaşacaq.

“Qəbələ” yanvarın 25-də Macarıstanın “Haladaş” klubu ilə qarşılaşacaq. Ayın 29-da isə rəqib Türkmənistanın “Altınəsr” klubu ilə görüş baş tutacaq.

Qeyd edək ki, “Qəbələ” bu gün Hollandiyanın PSV klubunun ikinci komandasıyla, ayın 14-də Türkiyənin “Əskişəhərspor”, 17-də Ukraynanın “Vorskla” və Qazaxıstanın “Tobol” klublarıyla qarşılaşacaq.

Həmin kateqoriyadan