Dahi Maradonanın həyatının sonunun sirri açılacaq: onun həkimlərinin məhkəməsi başlayır

Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında dünyasını dəyişib. Allsport.az saytı xəbər verir ki, onun cəsədi Buenos-Ayresdə şəxsi evdə tapılıb. Orada futbolçu onilliklər ərzində narkotik və alkoqol asılılığı ilə mübarizə apardıqdan sonra əmələ gələn qan laxtasını çıxarmaq üçün beyin əməliyyatından bərpa olunurdu.

Əvvəlcə həkimlər Dieqonun infarktdan öldüyünü müəyyən ediblər. Maradonanın KOVİD-19 pandemiyasının ortasında baş verən ölümü Argentinanı dərin matəm içinə salıb. Onun cənazəsi prezident sarayında yatan kimi on minlərlə insan vidalaşmaq üçün növbəyə düzülüb.

Dəfn mərasimindən sonra Argentina polisi araşdırmaya başlayıb və nəticədə dünya çempionunun ağciyər ödemi və həkim səhlənkarlığından öldüyü məlum olub. Gecə tibb bacısı bəzi “narahatedici əlamətlər” gördüyünü, lakin “onu oyatmamaq əmri”ndə olduğunu etiraf edib.

Maradonanın ölümündən cəmi 4,5 sonra 7 tibb işçisi nəhayət ki, məhkəmə qarşısına çıxacaq. Bunlar neyrocərrah Leopoldo Luka, psixiatr Aqustin Kosaçov, psixoloq Karlos Diaz, tibbi koordinator Nensi Forlini, tibb bacısı koordinatoru Mariano Perroni, həkim Pedro Pablo di Spaqni və tibb bacısı Rikardo Almirodur. Təqsirli bilinərsə, onları 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.

Başqa bir tibb bacısı Qizela Daxiana Madrid, ayrıca mühakimə olunmasını istəyib. Onun məhkəməsi bu ilin iyul ayına təyin edilib.

İndi 4 ay davam edəcək məhkəmə prosesində dünya çempionunun ailə üzvləri və bu illər ərzində ona qulluq edən həkimlər də daxil olmaqla, 100-dən çox insan ifadə verəcək. İlk görüş çərşənbə axşamı, martın 11-də Buenos-Ayresin San-İsidro ətrafında baş tutacaq.

Prokurorlar artıq həkimləri Maradona ilə evdə “ehtiyatsız” və “natamam” müalicə etməkdə ittiham ediblər. Onların iddiasına görə, o, ölümündən əvvəl “uzun, ağrılı dövr” üçün öz taleyinə buraxılıb.

Hələ 2021-ci ildə Argentina prokuroru tərəfindən çağırılan 20 tibbi ekspertdən ibarət heyət belə nəticəyə gəlib ki, Maradona müvafiq tibb müəssisəsində adekvat müalicə olunsa, “yaşamaq imkanı daha yaxşı olardı”. İş üzrə müstəntiq hakim baş verənlərdə təqsirləndirilən şəxslərin hər birinin rolu olduğunu bildirib.

Həmin kateqoriyadan