- Baxış sayı: 35
- 02 Noyabr 2026 17:56
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Millimizin yeni baş məşqçisi Canni De Byazinin daha iki köməkçisi məlum olub. Allsport.az “Tuttomercato” nəşrinə istinadla xəbər verir ki, italiyalı məşqçilər – Benni Karbone və Klaudio Beluççi 64 yaşlı mütəxəssisin köməkçisi olacaqlar.
Karbone son olaraq 2017/2018 mövsümündə “Krotone”də köməkçi məşqçi olub. Beluççini isə son dəfə 2018/10 mövsümündə “Albissolo” klubunda çalışıb.
Canni De Byazinin digər köməkçisi Arif Əsədovdur.