Deflimpiya komitəsində karateçilərlə görüş

Deflimpiya komitəsinin prezidenti Anar Bayramov karatedə uğur qazanmış heyətlə görüşüb. Allsport.az saytı xəbər verir ki, 15 iyun tarixində Kişinyovda keçirilən açıq mükafat yarışında baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi ilə yarışan idmançılarımız 1 qızıl, 2 gümüş və 3 bürünc medalla geri dönüblər.

Komitə prezidenti görüşdə iştirak edən baş məşqçi Seymur Xudaverdiyev, eyni zamanda məşqçi-hakim Şahin Xudaverdiyev, Elnur Qasımzadə, Hikmət Ağayev, Əliəkbər Əlizadə, Şaiq Osmanov, Sahib Sahibli və Elmin Hüseynlini əldə edilən uğur münasibəti ilə təbrik edib, gələcək idman fəaliyyəti və yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qazanılan bu uğurlu nəticə əmzkarlıqla davam edən təlimlərin və hazırlıqların nəticəsidir. Görüşdə qazanılan nəticənin ardı olaraq karateçilərimiz qarşıda olan yerli və beynəlxalq turnirlərdə iştirakının təmini və yeni uğurların qazanılması üçün Komitə tərəfindən müvafiq dəstəyin davamlı olaraq göstəriləcəyi vurğulanıb.

Həmin kateqoriyadan