- Baxış sayı: 51
- 10 Avqust 2026 22:46
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

“Real”, “Mançester Yunayted”, PSJ, “Milan” və İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhem öz qeyri-futbol istedadlarını kamera qarşısında nümayiş etdirmək qərarına gəlib.
Allsport.az xəbər verir ki, o, tavada pankek çevirdiyi vaxt video çəkib və paylaşıb. Davidin həyat yoldaşı Viktoriya da prosesi izləyib.
Bekhem tavada olan pankeki havaya atıb çevirmək, sonra yenidən tava ilə tutmaq istəyirdi. Amma hadisələr Bekhemin istədiyi kimi getməyib. Pankek Devidin sinəsinə düşüb.