- Baxış sayı: 25
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Xəzər Lənkəran” Kiyev “Dinamo”sunun yetirməsini baxışa dəvət edib. Allsport.az xəbər verir ki, bu, Andrey Saxneviçdir.
Ukraynalı 26 yaşlı futbolçu artıq cənub klubunun düşərgəsindədir. Müdafiəçi özünü yaxşı tərəfdən göstərə bilsə, yayda onunla müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, Saxneviçin son klubu Zaporojye “Metallurq”u olub. Amma futbolçu qışdan bəri komandasızdır. Andrey “Dinamo”nun aşağı yaş qrupları üzrə komandaları ilə yanaşı, “Aleksandriya”da, eləcə də Ukraynanın U-17, U-19 və U-21 yığmalarında da forma geyib.