Diplomatik korpus və səfirliklər arasında şahmat turnirinə start verilib

Bu gün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və səfirliklərin nümayəndələri arasında şahmat turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, “İdman həftəsi” çərçivəsində 2 gün davam edəcək yarışda Böyük Britaniya, Fransa, Bolqarıstan, Qətər, Venesuela və Hindistanın ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin əməkdaşları mübarizə aparırlarlar.

Yarışın açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov çıxış edərək 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunan yarışın iştirakçılarına uğurlar arzulayıblar.

Həmin kateqoriyadan