- Baxış sayı: 66
- 16 İyun 2026 18:31
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0
Böyük Britaniyada təşkil olunan üzgüçülük üzrə dünya çempionatı başa çatıb. Allsport.az xəbər verir ki, yarışların son günündə Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük idmanı üzrə 2 idmançısı daha 3 medal əldə ediblər.
Dmitri Saley 100 m məsafəyə delfin (batterflay) 57.58 saniyə, 50 m sərbəst üsulla (fristayl) 24.46 saniyə nəticə ilə 3-cü, Roman Saley isə 50 m sərbəst (fristayl) 24.39 saniyə nəticə ilə 2-ci yerə sahib olublar.
Beləliklə, üzgüçülük üzrə dünya çempionatında paralimpiyaçı idmançılarımız 2 gümüş və 3 bürünc medalla vətənə dönürlər. Qeyd edək ki, hər iki idmançı gələn il Brazilyanın Rio de Janeiro şəhərində keçiriləcək 2016 Yay Paralimpiya Oyunlarına ikinci lisenziyanı qazanıblar.