Dodo: “Real”la “Barselona” da “qara zolağ”a düşür”

“Qəbələ”nin yarımmüdafiəçisi Dodo Topaz Premyer Liqasının 21-ci turunda səfərdə “Simurq”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra qol.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Niyə uduzdunuz?
– “Simurq” bu gün çox yaxşı oyun sərgilədi. Hər iki komanda arasında sağlam mübarizə vardı. Qələbə qazanmaq istəsək də, alınmadı. Bu məğlubiyyət bizim dərs olmalıdır. “Simurq”la matçın videoyazısını izləyib səhvlərimi düzəltməliyik. Yoxsa növbəti oyunlarda da bu problemlərlə qarşılaşa bilərik.

– Yeni baş məşqçinin gəlişindən sonra səni əsas heyətdə görə bilmirik.
– Bu, onun qərarıdır. Məndən asılı deyil. “Simurq”la qarşılaşmada meydana sonradan daxil olsam da əlimdən gələni etməyə çalışdım. Amma əsas heyətdə kimin oynamasından aslı olmayaraq, vacib olan komandamın uğurudur.

– Komandanız isə ardıcıl iki oyundur qələbə qazana bilmir. Artıq Avroliqaya düşmən şansınız da azalır.
– Hələ hər şey bitməyib. Qarşımızda xeyli oyun var. Hər bir komanda məğlub olub, yenidən özünü toparlaya bilər. Bəzən “Real” və “Barselona” da uğursuzluq zolağına düşür. Bu, futboldur. Hər an hər şey ola bilər. Ona görə də şanslarımız hələ qalıb. Əsas budur ki, səhvlərimizi düzələ bilək.

– Belə oyunla “Qəbələ” hələ də nəyəsə ümid edir?
– İlk növbədə hamı toparlanmalıdır. Meydanda ürəkdən mübarizə aparıb komandanı düşünməlisən. Hər oyunda bacardığın hər şeyi etməlisən ki, yaxşı nəticələr əldə edə biləsən.

– Uzun illər “Qəbələ”də bir neçə məşqçinin rəhbərliyi altında oynamısan. Roman Qriqorçuku digərlərindən nə fərqləndirir?
– “Qəbələ”də çalışmış məşqçilərin hamısına hörmətim var. Onları bir-birindən fərqləndirmək istəmirəm.

– Yeni transferləriniz fikirlərin necədir?
– Kiminsə barəsində pis, ya yaxşıdır demək mənim vəzifəm deyil. Onlar komandamıza yeni gəliblər və özlərini yaxşı tərəfdən göstərmək üçün vaxt lazımdır.

– Hesabda geridə olarkən qapıçınız Dmitri Bezotosnı qırmızı vərəqə alıb komandanızı daha çətin vəziyyətə saldı. Bu barədə nə deyə bilərsən?
– On nəfərlə qaldıq, düzdü. Amma ikinci hissədə “Qəbələ” ilk yarıya nisbətən daha yaxşı oynadı.

Həmin kateqoriyadan