Draqan Stoykoviç: “Ailəmlə yenidən Bakıya gəlmək fikrim var”

Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində səfərdə Azərbaycan millisini məğlub etdikləri oyundan (2:1) sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, serbiyalı mütəxəssis sualları cavablandırıb:

“Bizi çətin oyunun gözlədiyini bilirdik. Dünən dedim ki, oyun həqiqətən çətin olacaq. Azərbaycan yaxşı müdafiə olunur, əks hücumlara çıxır. Hesab 1:1 olandan sonra təhlükəli anlar yaşatdılar. Sonda qələbə qazandıq və 3 xal bizim oldu.

Həqiqətən, bunu gözləmirdim. Müdafiədə səhvlər oldu. Rəqibə geridönüş etmək üçün şanslar verdik. Buna çox qəzəbləndim. Sonda vəziyyəti öz xeyrimizə dəyişə bildik.

Oyunda dubl edən Aleksandar Mitroviç şəxsi təyyarəyə də layiqdir. Lakin bunun üçün pulumuz yoxdur. O, yaxşı hücumçu olduğunu ilboyu göstərir. O biznes-klassa yox, şəxsi təyyarəyə layiqdir. Buraya ailəmlə yenidən gəlmək fikrim var. Düşünürəm ki, onlar Bakı kimi gözəl şəhəri gördükləri üçün çox məmnun olacaqlar. Sonuncu dəfə 2003-cü ildə burada olmuşam. Həmin vaxtdan çox şey dəyişib”.

Həmin kateqoriyadan