Dünya çempionatına seçim

Noyabrın 19-da İsraildə şahmat üzrə komandalar arasında dünya çempionatına start veriləcək. Allsport.az saytı xəbər verir ki, AŞF kişi şahmatçılardan ibarət millinin heyətini müəyyənləşdirmək üçün, seçim turniri keçirmək barədə qərar qəbul edib. Müqəddəs torpaqda planetin ən güclülərinin yarışında iştirak edəcək millinin 4 üzvü seçim turnirinin nəticəsinə əsasən məlum olacaq.

Turnirin təşkilində əsas məqsəd son aylar müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticə göstərən şahmatçılara seçmə komandada çıxış etmək imkanı yaratmaqdır. Rəqabətdə Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli, Misrətdin İskəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı və Aydın Süleymanlı iştirak edir.

Dairəvi sistemlə təşkil olunan turnir oktyabrın 29-da yekunlaşacaq.

Həmin kateqoriyadan