- Baxış sayı: 68
- 07 May 2026 16:43
- Baxış sayı: 167
- May 08, 2026
- 0
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Bakıya gəlib. Allsport.az saytı xəbər verir ki, hava limanında qonağı “ShamkirChess-2015” turnirinin təşkilatçısı “Synergy Group”un rəsmiləri qarşılayıb. Məşhur qrossmeyster bu gün səhər Gəncəyə, orada isə yarışın keçiriləcəyi Şəmkirə yola düşüb.
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turniri aprelin 16-da start götürəcək. Ötən il keçirilən ilk yarışın qalibi norveçli Maqnus Karlsen olub.
Synergy Group ASC-nin təşkilatçılığı ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.