- Baxış sayı: 65
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Rusiyanın Soçi şəhərində dünya şahmat tacı uğrunda əvəzçıxma matçının 11-ci partiyasında norveçli dünya çempionu Maqnus Karlsen ağ fiqurlarla hindistanlı iddiaçı Vişvanatan Ananda qalib gəlib.
«Allsport.az» xəbər verir ki, görüşün 45-ci gedişində «Vişi» təslim olub. Qarşılaşmanın gedişində risk edən Anand total hücuma başlayıb və yekunda yol verdiyi səhvlərə görə «büdrəyib» və gənc çempion bu fürsəti qaçırmayıb.
Beləliklə, seriyada 6,5:4,5 hesabı ilə irəli çıxan Maqnus matçın başa çatmasına bir tur qalmış əldə etdiyi titulu qorumuş oldu.