- Baxış sayı: 44
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

Avropa oyunlarında daha bir boksçumuz 1/4 finala vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki, 60 kq-da çıxış edən Cavid Çələbiyev moldovalı Dorin Buksaya 5:0 qalib gəlib.
Dünya çempionumuz 1/4 final döyüşünü iyunun 26-da keçirəcək. Boksçumuz Cordan Rodrigesi (Fransa) məğlub edən Otar Eranosyanla (Gürcüstan) üz-üzə gələcək.
Qeyd edək ki, Cavid Çələbiyevə qədər Rüfət Hüseynov (49 kq) və Lorenso Sotomayor (69 kq) da 1/4 finala yüksəlib.