Dünya Kuboku-2026 üçün 3 ehtimalı nəzərdən keçirir

Allsport.az saytı xəbər verir ki, dünya çempionatı eyni vaxtda 3 ölkədə – ABŞ, Meksika və Kanadada keçiriləcək. 2017-ci ildə FİFA iştirakçıların sayını genişləndirmək qərarına gəlib. Artıq növbəti mundialda 32 yox, 48 komanda iştirak edəcək. Onlar 3 millidən ibarət 16 qrupa bölünəcək, hər qrupdan isə ilk 2 yerin sahibi pley-offa yüksələcək. Hərçənd bu variant hələ qəbul edilməyib.

Lakin turnirdə ya hər biri 3 komandadan ibarət 16 qrup olacaq, ya 4 komandadan ibarət 12 qrup olacaq, ya da turnir iki yerə bölünəcək. Hər birində 6 qrup və 4 komanda olacaq. Digər ehtimal isə seçmələrin 2 hissəyə bölünməsidir. Belədə, hər hissədə dörd komandalı 6 qrup yarana bilər. Qərarı FİFA Şurası verəcək. Ola bilər ki, reqlament gələn il təsdiqlənəcək.

Həmin kateqoriyadan