Dünya kubokuna 7 şahmatçı ilə

İyulun 10-da Rusiyanın Soçi şəhərində start götürəcək dünya kubokunda iştirak edəcək bütün şahmatçıların adları məlum olub. Allsport.az xəbər verir ki, ölkəmiz kişilərin yarışında üç, qadınların mübarizəsində isə dörd şahmatçı ilə təmsil olunacaq.

Kişilər arasında dünya kubokunda ölkəmizi yüksək reytinqinə görə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov, son Azərbaycan çempionu Vasif Durarbəyli və FIDE tərəfindən xüsusi dəvət almış Nicat Abbasov təmsil edəcəklər.

Qadınların yarışında isə ölkəmizi Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və son ölkə çempionu Gülnar Məmmədova təmsil edəcəklər.

Həmin kateqoriyadan