- Baxış sayı: 50
- 26 İyun 2026 23:49
- Baxış sayı: 71
- İyun 26, 2026
- 0

Xantı-Mansiyskdə dünya kubokunda həlledici mərhələnin oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, Teymur Rəcəbov 2-ci partiyada çinli Liren Dinqə uduzub. İlk matçda şahmatçılar sülhə razılaşmışdılar.
Mükafat fondu 1,6 milyon dollardır. Finalçılar cəmdə 4 oyun keçirəcəklər. Həmin görüşlərin nəticəsində qalib müəyyənləşməsə, oktyabrın 4-də tay-brek oynanılacaq.
Teymur Rəcəbov müstəqilliyimizdə bu yarışın finalına yüksələn ilk azərbaycanlı kimi tarixə düşüb. O, iddiaçılar turnirində birbaşa iştirak hüququ qazanıb.