Dünya Kubokunun iştirakçıları və qonaqlar Bakıya gəlir

Sentyabrın 10-da Bakıda start veriləcək şahmat üzrə Dünya Kubokunun iştirakçıları və qonaqlar Bakıya gəlir. Allsport.az Dünya Kuboku-2015-in mətbuat xidmətinə istinadla xəbər verir ki, artıq iştirakçı şahmatçılar və onların məşqçiləri ölkəmizə gəlməyə başlayıb. Bu gün FİDE prezidenti Kirsan İlyumjinov da paytaxtımıza gələcək.

Qeyd edək ki, bu gün saat 17:45-də Fairmont otelində 45 ölkədən 128 şahmatçının iştirak etdiyi Dünya Kubokuna həsr olunan mətbuat konfransı keçiriləcək. Yarışın təntənəli açılış mərasimi sabah saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində olacaq. İlk turun oyunları sentyabrın 11-də, saat 15:00-da start götürəcək.

Həmin kateqoriyadan