Dünyanın ən hərarətli atleti qazandığı puldan narazıdır

Yüngül atletika idmançısı Alisa Şmidt həyatın dadını çıxardır, lakin idmanda yox, mediada. Allsport.az xəbər verir ki, almaniyalının sosial şəbəkələrdə milyonlarla izləyicisi var. Müxtəlif brend və şirkətlərlərlə əməkdaşlıq, pərəstişkarları və media tərəfindən sevilməsi və cazibədarlığı onun həyatına rəng qatır.

Atlet kimi onun hələ uğurları çox deyil. O, 2017-ci ildə 20 yaşadək idmançılar arasında Avropa çempionatında 4×400 m estafetdə gümüş medal qazanıb. Bundan sonra Alisa, Avropada bürünc medal qazanıb, lakin bu dəfə 23 yaşlılar arasında. O, böyüklər arasında olan beynəlxalq yarışlara da qatılıb, lakin hələ ki, onun heç bir ciddi nailiyyəti yoxdur.

Şmidt dəfələrlə etiraf edib ki, onun hobbisi – əsas gəlir mənbəyidir. Almaniyada idmançı olmaq imkanlı olmaq demək deyil.

Alisanın sözlərinə görə o, aylıq idmançı kimi cəmi 700 avro gəlir əldə edir.

Bəzən elə olur ki, idmançılar yarışlarda iştiraka görə özləri əlavə pul ödəməyə məcbur olurlar. Səyahət və yaşayış xərclərini ödəmək həmişə mümkün olmur. Bu, onları başqa yollarla pul qazanmağa məcbur edir.
Şmidt özünü oxşar vəziyyətdə tapmadığı üçün xoşbəxtdir. Sosial şəbəkələr ona ancaq atletika ilə məşğul olmağa kömək edir. Media işinin ona aylıq nə qədər qazandırdığını açıqlanmır.

Həmin kateqoriyadan