- Baxış sayı: 68
- 07 May 2026 16:43
- Baxış sayı: 168
- May 08, 2026
- 0

Şahmat üzrə Azərbaycan çempionatında Vasif Durarbəylinin qələbə seriyası qırılıb.
Allsport.az xəbər verir ki, 30 yaşlı qrossmeyster 6-cı turda Aydın Süleymanlı ilə heç-heçə edib. Hesabında 5,5 xal olan Durarbəyli liderliyini qoruyur.
Onun ən yaxın izləyicisi Məhəmməd Muradlıya qalib gələn Vüqar Əsədli olub. Əsədlinin 4,5 xalı var. Aydın Süleymanlı, Nicat Abasov və Xəzər Babazadə 4 xala malikdir.