Eduardo uğurla əməliyyat olundu

AZAL-ın yarımmüdafiəçisi Eduardo Konseysao Masiel, yaxud sadəcə, Edu Türkiyədə əməliyyat olunub. Allsport.az xəbər verir ki, braziliyalı legioner Ankarada “İbn Sina” xəstəxanasında bizlərə tanış olan həkim Mehmet Binnət tərəfindən əməliyyat olunub.

Sağ dizinin ön çarpaz bağları qopmuş Edunun iki saat çəkən əməliyyatı uğurlu bitib və futbolçu fevralın 17-də Azərbaycana dönəcək. Növbəti iki ay ərzində əsa ilə hərəkət edəcək və özəl xəstəxanaların birində müalicəsini davam etdirəcək orta xətt oyunçusu yalnız 4 ay yarımdan sonra komandayla birgə məşqlərə qatıla biləcək.

Amma istənilən halda cari mövsüm Edu üçün artıq başa çatıb.

Həmin kateqoriyadan