“Elə futbolçular var ki, oyunlarından razı deyiləm”

U-21 millimiz paytaxtda yoxlama oyununda belaruslu həmyaşıdlarına 1:2 yenilib. Allsport.az saytı xəbər verir ki, matçla bağlı baş məşqçi Milan Obradoviç bunu deyib:

“İlk hissədə müdafiənin oyunundan razı qalmadım. Bununla belə, ilk 45 dəqiqədə bir neçə qol epizodu yaratdıq. Konsentrasiya problemindən 2 qol buraxdıq. İkinci hissədəki oyundan razıyam. Epizodlar yaradırdıq, topa sahib olurduq.

Yoldaşlıq oyunu olduğundan yeni oyunçuları yoxlamaq imkanım oldu. Misal üçün, birinci hissədə oynayan onbirlik demək olar ki, birlikdə bir dəfə məşq etmişdi. Elə futbolçular var ki, oyunlarından razıyam, elələri də var ki, razı deyiləm. Bə

zi futbolçuların yanaşması, oyunları heç xoşuma gəlmədi. Millidə oynayırsansa, istəkli olmalısan. Hər kəs səhv edə bilər. Amma istək mütləq olmalıdı. Biz özümüz üçün yox, ölkəmizi təmsil edirik”.

Həmin kateqoriyadan