Elbrus Məmmədov: “Bəzi gənc oyunçular artıq hesab edirlər ki, əsas heyət üzvləridir”

“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“AZAL bu gün bizdən istəkli idi. Rəqib bizi üstələdi. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Biz isə ardıcıl iki oyunda zəif təsir bağışlayırıq. Bütün bunlardan nəticə çıxarmalıyıq. Bəzi gənc oyunçular artıq hesab edirlər ki, əsas heyət üzvləridir. Amma vəziyyət belə deyil”.

Həmin kateqoriyadan