Elbrus Məmmədov: “Yaxın vaxtlarda 3 xal da qazanacağıq”

“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Məncə, oyun tamaşaçıların xoşuna gəldi. Mübarizə apardıq. Güclü rəqibə qarşı oynadıq. “İnter”i qələbə münasibəti ilə təbrik edirəm. Bəli, bu gün uduzduq. Amma qələbəmiz də var. Bu, gənc oyunçuların təcrübə qazanmasıdır. Yaxın vaxtlarda 3 xal da qazanacağıq”.

Həmin kateqoriyadan