- Baxış sayı: 62
- 23 İyun 2025 18:58
- Baxış sayı: 64
- İyun 23, 2025
- 0
Ötən gün “Arpaçay” idman birliyi (AİB) idarə heyətinin genişləndirilmiş iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Sonra təşkilati məsələlərə baxılıb, Birliyin yeni rəhbərliyi və idarə heyətinin yeni üzvləri müəyyənləşib. Beləliklə, Əli Əsgərov “Arpaçay” idman birliyinin prezidenti, Yavər Hüseynov 1-ci vitse-prezidenti, Cavid Əliyev, İbrahim Əliyev, Hacıağa Əliyev Birliyin vitse-prezidentləri, Vüqar Kərimov baş katibi, Cahangir Babayev Nizam-intizam Komitəsinin sədri, Yəhya Babanlı, Samir Alıyev və Aydın Mahmudov İdarə Heyətinin yeni üzvləri seçiliblər.
Tədbirdə çıxış edən Yavər Hüseynov, əvvəlcə Əli Əsgərovu təbrik edib, kollektivin onun rəhbərliyi altında daha böyük qüvvə və əzmlə fəaliyyət göstərməyə hazır olduğunu bildirib, indiyə qədər görülən işlərdən, əldə edilən uğurlardan bəhs edib. MMA və qrapplinq federasiyasının prezidenti Azad Əsgərov iclasda çıxış edərək Əli Əsgərovun prezident seçilməsinin mühüm hadisə olduğunu və yeni rəhbərliyin daha böyük uğurların əldə olunmasına töhfə verəcəyini bildirib.
Tədbirdə çıxış edən Milli olimpiya komitəsinin üzvü, karate üzrə 5-qat dünya və 11-qat Avropa çempionu Rəfael Ağayev yeni prezidentin başçılığı altında fəaliyyətində “Arpaçay”ın yeni uğurlar qazanacağına əminliyini ifadə edib. Daha sonra AİB-in baş katibi Vüqar Kərimov cari ilin iyul ayının əvvəlində baş tutacaq Zəfər Kubokuna hazırlıq işləri ilə bağlı məlumat verib. İdarə Heyətinin üzvləri – Cavid Əliyev, Qaşqay Ziyəddinoğlu, Mais Mədətov, Mahir Mədətov, Həsən Quliyev, Roman Heydərov, Toğrul Adilli, Fərahim Sadiq və digərləri çıxış edərək, Əli Əsgərovun “Arpaçay” idman birliyinə rəhbər seçilməsinin idman ictimaiyyəti üçün mühüm hadisə olduğunu qeyd edərək, bunu fəxrlə qarşıladıqlarını bildiriblər.
İdarə heyətinin yeni üzvləri Yəhya Babanlı və Aydın Mahmudov da çıxış edərək, göstərilən etimada görə minnətdarlıqlarını çatdırıb, AİB-ə yeni uğurlar arzu ediblər. Deyilib ki, Azərbaycanda idmanın inkişafına dövlətin və dövlət başçısının dəstəyi nəticəsində idmançılarımız göstərilən etimadı doğruldaraq, ölkəmizi dünya arenalarında ləyaqətlə təmsil edə bilirlər. Dövlətinə, xalqına daim bağlı olan, öz dəst-xətti ilə sayılıb, seçilən şəxsiyyət kimi Əli Əsgərovun “Arpaçay” idman birliyinin rəhbəri olması bu baxımdan, əlamətdar hadisədir və bundan sonra Birliyin fəaliyyətində böyük dönüş yaranacağına heç bir şübhə yoxdur.
Tədbrin sonunda çıxış edən Əli Əsgərov göstərilən etimada görə İdarə Heyətinin üzvlərinə təşəkkür edib, gələcəkdə görüləcək işlərin, qarşıda duran planların həyata keçirilməsində bütün üzvlərin daim dəstəyinə ümid etdiyini bildirib.