Allsport.az-ın xəbəri təsdiqini tapdı: “Neftçi” Elnur Allahverdiyevlə vidalaşdı

Allsport.az-ın noyabrın sonunda “Neftçi”nin Elnur Allahverdiyevlə yollarını ayıracağı ilə bağlı yazdığı xəbər bu gün rəsmi təsdiqini tapıb – flarman komandanın müdafiəçisindən imtina edib.

Mövsümün əvvəlində “Qəbələ”dən ayrılaraq paytaxt klubuna transfer olunan milli komandamızın üzvü burada da intizamsızlığı ilə diqqət mərkəzinə düşdü. Həm kubok, həm də Premyer Liqa oyunlarında aldığı qırmızı vərəqələrlə bir neçə matçlıq diskvalifikasiya edilən futbolçu məşqçilər korpusunun da səbr kasasını daşırıb. Nəticədə, baş məşqçi Arif Əsədov Allahverdiyevdən imtina etmək qərarına gəlib.

Klub rəhbərliyi Elnurla danışıqlar masasına oturaraq, mövcud müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Qeyd edək ki, Elnur Allahverdiyevin “Neftçi” ilə mövsümün sonunadək müqaviləsi var idi.

Həmin kateqoriyadan