“Qarabağ”ın keçmiş hücumçusu İsveçrə klubunda

Ötən ilin sonunda “Qarabağ”la yollarını ayıran isveçrəli futbolçu İnnosent Emeqara sabiq klubu “Vintertur”a qayıdıb. Allsport.az xəbər verir ki, hələ də özünə klub tapa bilməyən 25 yaşlı hücumçu formada qalmaq üçün burada məşq edəcək.

Belə ki, Nigeriya əsilli forvard ötən gündən həmin komanda ilə məşqlərə başlayıb. O, fiziki cəhətdən zəifləməmək üçün burada məşq edir və özünə yeni klub axtarır.

Qeyd edək ki, Emeqara ötən ilin oktyabrında “Qarabağ”a keçmişdi. Lakin oyunçu ailəsindən uzaq qalmamaq üçün Ağdam klubundan ayrılıb, ölkəsinə yollanmışdı.

Həmin kateqoriyadan