Emeqara özünə klub tapa bilmir

“Qarabağ”la yollarını ayıran İnnosent Emeqara özünə yeni iş yeri tapa bilmir. Allsport.az хəbər verir ki, “Hamburq”da baxışda olan isveçrəli futbolçu Almaniya klubunun məşqçiləri tərəfindən bəyənilməyib.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Onunla “Hamburq”la yollandığı vaхt İtaliyanın “Palermo” və “Parma” klubları da maraqlanırmış. Lakin Emeqara alman klubuna üstünlük verib və komandanın Dubaydakı təlim-məşq toplanışına yollanıb. Bundan sonra isə adları çəkilən İtaliya klubları da futbolçudan imtina ediblər.

Qeyd edək ki, Nigeriya əsilli futbolçu bu mövsümün əvvəlində “Qarabağ”a transfer olunmuşdu. Ötən ilin dekabrında “Qarabağ”dan ayrılan Emeqara Premyer Liqada 8 oyun keçirib və 5 qol vurub.

Həmin kateqoriyadan