Emin Mahmudov: “Səbail”in hər hansı qol vəziyyətini xatırlamıram

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov premyer liqanın 12-ci turunda “Səbail” üzərində 2:0 qələbənin sevincini bölüşüb. Allsport.az saytı xəbər verir ki, komandasının buna layiq olduğunu deyən kapitan penalti epizoduna da münasibət bildirib:

“Qələbəyə layiq idik. Qol vurmağım və məhsuldar ötürmə verməyim statistika üçün çox yaxşı nəticədi. Ötürməm yaxşı alınmışdı, amma Dabonun başla zərbəsini də qeyd etmək lazımdı. Çünki zərbə dəqiq alınmasaydı, məhsuldar ötürmədən söhbət gedə bilməzdi.

“Səbail”lə oyun arxada qaldı, artıq qarşıdakı matçı düşünməliyik. O ki qaldı mübahisəli penalti epizoduna, həmin anı yaxından görmədiyim üçün heç nə deyə bilmərəm. Düzdür, oyundan sonra həmin epizodda penalti olmadığını deyənlər var idi. Amma mən ikinci qola qədər “Səbail”in hər hansı qol vəziyyətini xatırlamıram”.

Həmin kateqoriyadan