- Baxış sayı: 34
- 19 İyun 2026 20:30
- Baxış sayı: 42
- İyun 19, 2026
- 0
“Barselona”nın və İspaniya millisinin 16 yaşlı hücumçusu Lamin Yamal Avropa çempionatı zamanı təhsilini davam etdirəcəyini bildirib.
Allsport.az xəbər verir ki, bu barədə o, AS-yə açıqlama verib:
“Avropa çempionatının oyunlarını anamın yanında divanda uzanaraq izlədim.
Biz gəzməyə yox, tarix yazmağa gəlmişik. Ümid edirəm ki, Avro-da uzağa gedəcəm, ona görə də olimpiadaya televizorda baxacam.
4-cü kursda oxuduğum üçün ev tapşırığını özümlə gətirmişəm. Mən onlayn dərslər alıram və yaxşı işləyirəm. Ümid edirəm ki, müəllim məni axtarmır”.