Fərhad Məlikzadənin xatirəsinə onlayn şahmat turniri

Fərhad Məlikzadənin xatirəsinə onlayn şahmat turniri

Sabah Bakı şəhər gənclər və idman baş idarəsi, Sabirabad rayon gənclər və idman idarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə 2-ci Qarabağ müharibəsi şəhidi “Vətən uğrunda” medalı və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş Fərhad Məlikzadənin xatirəsinə onlayn şahmat turniri keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, yarış saat 19:00-da başlayacaq və İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqə, hər gedişə +2 saniyədir.

Həmin kateqoriyadan