“Fan zona” ziyarətçilərin istifadəsinə verildi

Mayın 15-də Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə əlaqədar xüsusi “Fan zona” təşkil olunub.

Allsport.az xəbər verir ki, dənizkənarı milli parkda baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan minifutbol federasiyasının prezidenti Orxan Məmmədov, “YAŞAT” fondunun nümayəndələri, şəhid övladları, minifutbol üzrə Azərbaycan yığma komandasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

“Fan zona” çərçivəsində müxtəlif attraksionlar, əyləncə və interaktiv bölmələr təşkil olunub. Ziyarətçilərə zonanın fəaliyyəti barədə ətraflı məlumat təqdim edilib.

Minifutbol üzrə dünya çempionatı 21 may-1 iyunda Bakıda keçiriləcək.

Həmin kateqoriyadan