Fati Fransa klubunda oynaya bilər

“Monako” “Barselona”nın hücumçusu Ansu Fatinin xidmətində maraqlıdır.

Allsport.az xəbər verir ki, “knyazlıq” klubu ispan futbolçunun transferi üçün ilkin danışıqları aparıb.

Daha əvvəl “Barselona”nın idman direktoru Deko bildirmişdi ki, əgər Fati komandadakı mövqeyindən razı deyilsə və onu tərk etmək istəyirsə, o zaman onunla yolu ayırmağa hazırdırlar.

22 yaşlı sol cinah yarımmüdafiəçisinin “Barsa” ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Fati bu mövsüm bütün yarışlarda 11 oyun keçirib.

Həmin kateqoriyadan