FİDE əmsalında ilk 10-luğa döndü

Beynəlxalq şahmat federasiyası yeni reytinqi elan edib. Allsport.az saytı xəbər verir ki, Teymur Rəcəbov ilk 10-luğa qayıdıb. 36 yaşlı Azərbaycan qrossmeysteri 2747 xal ilə 10-cudur. Milli komandanın digər üzvü Şəhriyar Məmmədyarov 2738 xalla 15-ci yerdə qərarlaşıb.

Aparıcı şahmatçılarımızdan Qədir Hüseynov (2661) 83-cü, Rauf Məmmədov (2646) isə 100-cü yerdədir.

Qadınlarda Azərbaycan yığmasının üzvlərindən Günay Məmmədzadə (2472) 22-ci, Ülviyyə Fətəliyeva (2427) 42-ci, Gövhər Beydullayeva (2388) 61-ci, Xanım Balacayeva (2372) 70-ci, Gülnar Məmmədova (2358) 88-ci pillədədir.

Həmin kateqoriyadan