FİDE əmsalında ilk onluqda yenə 2 şahmatçımız yer alıb

FİDE noyabr ayı üçün reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, ötən ay olduğu kimi, cədvəldə 2 şahmatçısı yer alıb. Şəhriyar Məmmədyarov 1 pillə geriləyərək, 8-ci sıraya düşüb. Onun hesabında 2770 xal var. Teymur Rəcəbov 2765 xalla əvvəlki kimi onluğu qapayır.

İlk yüzlükdə daha 3 şahmatçımız qərarlaşıb. Nicat Abbasov (2668 xal) 3 pillə irəliləyərək 72-ci yerə yüksəlib. Qədir Hüseynov (2665 xal) 2 pillə geriləyərək, 75-ci olub. Rauf Məmmədov (2654 xal) da 2 cərgə aşağı düşüb. Hazırda o, 95-cidir.

Qadınlarda Günay Məmmədzadə 2443 xalla 3 pillə geriləyib (31-ci yer). 7 sıra geriləyən Gülnar Məmmədova (2382 xal) 80-ci, Xanım Balacayeva (2376 xal) 89-cudurlar.

Həmin kateqoriyadan