FİDE 3 şahmatçımızın nəticəsini təsdiqləyib

Beynəlxalq şahmat federasiyası bir qrup idmançının titulunu rəsmi qaydada təsdiqləyib.

Allsport.az saytı xəbər verir ki, Sloveniyada şəxsi Avropa çempionatında parlaq çıxışı ilə yadda qalan Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrossmeyster, Xəzər Babazadə beynəlxalq usta kimi qeydiyyatdan keçib.

FİDE, eyni zamanda, Məhəmməd Muradlını beynəlxalq qrossmeyster kimi siyahıya daxil edib. O, kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrossmeyster kimi tarixə düşüb.

Həmin kateqoriyadan