FİDE azərbaycanlı şahmatçını günün adamı elan etdi

Moskvada ənnəvi “Aeroflot open”də gənc istedad Aydın Süleymanlının rüzgarı davam edir. Allsport.az saytı xəbər verir ki, dünən 8-ci turda qara fiqurlarla iranlı Parham Maqsudlunu yenən 14 yaşlı şahmatçımız, sona bir tur qalmış Rauf Məmmədovla bərabər turnirə liderlik edirlər.

Həmyerlimizin möhtəşəm çıxışı dünyanın aparıcı şahmat saytlarında özündən söz etdirə bilib. FİDE-nin rəsmi portalı dünən Aydın Süleymanlını günün adamı elan edib.

Chess24.com da, öz növbəsində, Aydının uğurunu qeyd edərək onun haqqında yazını saytda baş xəbər kimi yerləşdirib.
Bu gün Azərbaycanlı şahmatçılar üz-üzə gələcəklər. Qalib mötəbər Dortmund turnirinə vəsiqə qazanacaq.

Həmin kateqoriyadan