- Baxış sayı: 127
- 19 İyun 2026 18:40
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
Bu gün Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, FIDE-nin baş assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasında Rusiya Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç təşkilatın rəhbəri seçilib.
Səsvermə zamanı Dvorkoviçin lehinə 103 səs, FİDE-nin vitse-prezidenti Georgios Makropulosun lehinə 78 səs verilib, daha bir səs isə etibarsız sayılıb. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Dvorkoviçin komandasında yer alıb. O, FIDE-də vitse-prezident vəzifəsini tutub. Britaniyalı Naycel Şort isə səsverməyə bir neçə dəqiqə qalmış namizədliyini geri götürüb.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov 2016-cı ildə Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru kimi çalışıb, cari ildə Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində də direktor olub.