FİDE-nin yeni reytinq cədvəli

Beynəlxalq şahmat federasiyasının (FIDE) mart ayı üçün reytinq cədvəli açıqlanıb.

Allsport.az xəbər verir ki, ilk “onluq”da Azərbaycan şahmatçıları yer almayıblar.

Ötən reytinqlə müqayisədə yeddi pillə irəliləyən Şəhriyar Məmmədyarov (2734) 19-cı sıraya yüksəlib.

Teymur Rəcəbov (2723) isə 25-ci pillədəki mövqeyini qoruyub. Rauf Məmmədov (2651) 85-ci sıraya qalxıb, Nicat Abasov isə ilk “100-lüy”ü tərk edib.

Siyahıya əvvəlkitək norveçli Maqnus Karlsen (2830) başçılıq edir. ABŞ təmsilçiləri Fabiano Karuana (2804) və Hikaru Nakamura (2789) müvafiq olaraq 2-3-cü yerləri bölüşdürürlər.

Azərbaycanın qadın şahmatçıları arasında ən yaxşı göstərici Günay Məmmədzadəyə (2449) məxsusdur. Ötən ay reytinqlə müqayisədə 1 pillə geriləyən qrosmeyster 27-ci yeri tutur. Ülviyyə Fətəliyeva (2384) 67-ci, Gövhər Beydullayeva (2374) 77-ci, Gülnar Məmmədova (2351) 102-ci sıraya geriləyiblər.

Həmin kateqoriyadan