FİDE prezidenti Bakıda

Bu gün Azərbaycan şahmat federasiyası, gənclər və idman nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open – 2025” beynəlxalq şahmat festivalının açılış mərasimi keçiriləcək.
Allsport.az xəbər verir ki, Bakı kristal zalının sərgi mərkəzində baş tutacaq mərasim saat 14-30-da başlayacaq.
Açılış mərasimində iştirak etmək üçün beynəlxalq şahmat federasiyasının prezidenti Arkadiy Dvorkoviç, FİDE rəsmisi, ikiqat dünya çempionu, ümumdünya şahmat olimpiadasının qalibi Çju Çen, Türkiyə şahmat federasiyasının prezidenti Fəthi Apaydın Bakıya gəlib.
Festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.
Festival həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə də daxildir.

Həmin kateqoriyadan