- Baxış sayı: 127
- 19 İyun 2026 18:40
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Beynəlxalq şahmat federasiyasının prezidenti Arkadi Dvorkoviç iddiaçılar turnirini dayandırmaqları barədə danışıb. Allsport.az xəbər verir ki, FIDE-nin rus rəhbəri həm də Teymur Rəcəbovun yarışdan imtina etməsindən də söz açıb.
“Teymur Rəcəbov turnirdən koronavirusa görə imtina etdi. Teymura qarşı hörmətsizlik etməmişik. Ciddi tədbirlər görülmüşdü. Gündə 2 dəfə tibbi baxış, koronavirus testləri təşkil etdik. Azarkeşlər turnirə buraxılmadı, media ilə ünsiyyətə məhdudiyyət qoyuldu.
Bu, Rəcəbovun öz qərarı idi. Biz ona tibbi baxışdan keçməyi təmin edəcəkdik. Yarış iştirakçılarında COVID-19 testi müsbət çıxmadı. Rusiya höküməti aviasiya əlaqələrinə qadağa qoyduğu üçün yarış dayandırıldı. Ancaq bu, turnirin ləğv edilməsi anlamına gəlməməlidir”.
Teymur Rəcəbov turnirdən koronavirus pandemiyasına görə imtina etmişdi.