FIDE Vüqar Həşimov şahmat akademiyasını rəsmi olaraq təsdiqlədi

Dünyaca məşhur mərhum şahmatçımız Vüqar Həşimovun adını daşıyan Vüqar Həşimov şahmat akademiyası beynəlxalq şahmat federasiyasında (FIDE) rəsmi olaraq təsdiqlənib. Allsport.az xəbər verir ki, FIDE tərəfindən təsdiqlənən ABŞ, Rusiya, Almaniya, Sinqapur, Fransa, Malayziya, Qazaxıstan, Belarusiya kimi ölkələrin şahmat akademiyaları siyahısına Azərbaycandan Vüqar Həşimov Şahmat Akademiyası da qoşulub.

“Ümid edirik ki, FIDE siyahısında dünyanın ən güclü şahmatçıları sırasında yer almış qrossmeyster Vüqar Həşimovun adını daşıyan akademiya da öz bayrağını beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında yüksəkliklərdə layiqincə dalğalandıracaq”, akademiyadan bildirilib.

Həmin kateqoriyadan